Accessibility links

Interpol Səudiyyə Ərəbistanına hücum ola biləcəyi barədə xəbərdarlıq edib


Interpol 85 şübhəli şəxsin Səudiyyə Ərəbistanına qarşı hücum həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib.

Beynəlxalq polis təşkilatı bildirib ki, 83-ü səudiyyəli və ikisi yəmənli olan bu şəxslər terrorizmlə əlaqədar ittihamlarla Səudiyyə hökuməti tərəfindən axtarışdadır. Onlar İraq və Əfqanıstanda Əl-Qaidə ilə əlaqədə olmaqda təqsirləndirilirlər. İnterpol, agentliyin Riyad şöbəsinin tələbinə istinadən həmin şəxsləri “narıncı bildirişlə” axtarır.

İnterpolun rəhbəri Ronald Nobl deyib ki, indiyə qədər heç vaxt bu qədər çox sayda “təhlükəli qaçaq” haqda beynəlxalq xəbərdarlıq üçün agentliyə müraciət olmayıb. O deyib ki,1993-cü il 26 fevralda birinci dəfə Dünya Ticarət Mərkəzinin partladılmasının il dönümü ilə əlaqədar olaraq dünya xüsusi olaraq Əl-Qaidə terrorçularına qarşı ayıq olmalıdır.

XS
SM
MD
LG