Accessibility links

Əfqanıstanda NATO əsgərlərinə hücum edilib


NATO rəsmiləri bildirir ki, Əfqanıstanın şərqində hərbi maşın karvanlarından biri bomba hücumuna məruz qalmış və nəticədə 2 əsgər həlak olmuş, biri isə yaralanmışdır. Rəsmilər deyir ki, partlayış Pakistanla həmsərhəd Xost vilayətində baş verib. NATO hadisəni yolkənarı bomba ilə izah edir, Əfqan rəsmiləri isə burada intiharçı hücumunun baş verdiyini deyir. NATO hadisə qurbanlarının milliyətlərini açıqlamayıb, lakin şərqi əfqanıstanda xidmət edən əsgərlərin çoxu Amerikalıdır. ABŞ Prezidenti Barak Obama Amerikanın Əfqanıstandakı siyasətini nəzərdən keçirir və qüvvələrin sayını 30 min artırmaq niyyətindədir.
XS
SM
MD
LG