Accessibility links

Həmid Karzay Taliban üzvlərini Əfqanıstana qayıtmağa çağırıb


Əfqanıstan prezidenti Həmid Karzay Əl-Qaidə və digər terror şəbəkələrilə əlaqəsi olmayan Taliban üzvlərini Əfqanıstana qayıtmağa çağırıb. O, Almaniyanın Münhen şəhərində keçirilən konfransda beynəlxalq ictimaiyyəti hökumətinin barışıq səylərini dəstəkləməyə çağırıb. Əfqanıstanda 70000 NATO və Birləşmiş Ştatlar əsgərinin yerləşdirilməsinə baxmayaraq, Taliban yaraqlıları və digər qiyamçı qrupların hücumı artıb.

Bu arada Əfqanıstan polisi bildirir ki, Helmənd vilayətinin Naad Əli mahalında yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində iki amerikalı , onların tərcüməçisi və bir polis həlak olub. Taliban hücumun məsuliyyətini üzərinə götürüb. ABŞ rəsmiləri bu xəbəri təsdiq etməyiblər.

XS
SM
MD
LG