Rusiya
Vaşinqtonda ABŞ-ın Rusiya ilə münasibətlərdəki gərginlikləri azaltmaq
istiqamətində göndərdiyi siqnalları müsbət qarşılayıb. Rusiya baş nazirinin müavini Sergey İvanov bu
gün Münhendə keçirilən təhlükəsizlik konfransında müxbirlərlə görüşüb. İvanov ABŞ vitse prezidenti Co Baydenin
dünənki nitqində münasibətləri bərpa etmək yönümündə dediklərini
alqışlayıb. ABŞ-ın Şərqi Avropada
anti-raket sistemi yerləşdirməsi və Kosovonun müstəqilliyini tanımasının
ardınca Rusiya ilə münasibətlər soyuyub.
Öz növbəsində Rusiyanın ötən ilin avqustunda Gürcüstanda hərbi
müdaxiləsi ABŞ və Avropa Birliyinin kəskin ittihamları ilə qarşılanıb.