Accessibility links

İraqın neft naziri OPEK-in hasilatı azaldacağına ümid edir


Iraqın neft naziri Hüseyn Şəhristani mart ayında OPEK-in neft hasilatını azaldacağına ümid etdiyini deyib.Bu gün Bağdadda neft sənayesi mövzusunda konfransda danışan Şəhristani bildirib ki, kartel hasilatı azaltmaqla tədricən neftin qiymətini bir barrel üçün 70 dollar həddinə qaytarmağa çalışacaq. Dünən neftin qiyməti bir barrel üçün 40 dollara çatmışdı.Keçən ilin iyul ayında rekord 147 dollar həddinə çatdıqdan sonra bu yaxınlarda bir barrel neftin qiyməti 33 dollara düşmüşdü.Neft istehsal edən ölkələrin OPEK təşkilatı hasilatı azaltmaqla qiymətləri qaldırmağa çalışır.

XS
SM
MD
LG