Accessibility links

Qırğızıstan hökuməti ABŞ-ın hərbi bazasını bağlamaq barədə fərman hazırlayıb


Qırğızıstan hökuməti Amerikanın Bişkek yaxınlığındakı hərbi bazasını bağlamaq barədə fərmanı ölkə parlamentinin təsdiqinə verib. Bu baza ABŞ-ın Əfqanıstandakı qüvvələrinin təchizatında həlledici rol oynayır. Amerika isə bu qərardan təəccüblənib. Birləşmiş Ştatların Qırğızıstandakı səfirliyi bu səhər bəyan edib ki, onlar Qırğız hökümətindən bazanı bağlamaq barədə heç bir bildiriş almayıblar. Manas Hərbi Hava Bazası Amerikanın Mərkəzi Asiyada mövcud olduğu yeganə bazadır. Qırğızıstan prezidenti Kurmanbek Bakiyev də onun hökümətinin ölkə ərazisindəki Amerika hərbi hava bazasını bağlamaq qərarına gəldiyini təsdiqləyib. Cənab Bakiyev bu bəyanatı Moskvada, Rusiya prezidenti Dmitri Medvedevin Rusiyanın Qırğızıstana 2 milyard dollardan artıq kredit və digər maliyyə yardımı vəd etməsindən sonra səsləndirib.

XS
SM
MD
LG