İranın dövlət mediası İranın istehsal etdiyi ilk peykin orbitə yerləşdirildiyini bildirir.“Ümid” adı verilən bu peyk İran istehsalı olan Səfir-2 fəza raketi vasitəsi ilə orbitə dünən gecə göndərilib. Bu, İran İslam İnqilabınını 30-cu ildönümü münasibəti ilə həyata keçirilib. İran artıq uzun müddətdir fəza proqramı üzərində işləyir.
Dünya ölkələri liderlərinin nüvə proqramına görə narahatlıqları bununla daha da dərinləşir. Qərbi fəza raketlərinin nüvə başlıqları daşıyan uzaqmənzilli ballistic raketlərin inkişafına yol açacağı narahat edir.