Accessibility links

Kubada siyasi məhbusların sayı azalır


Kubada bir müstəqil insan haqları qrupu bildirir ki, ölkədə siyasi məhbusların sayı azalıb amma prezident Raul Kastronun hakimiyyəti dövründə də qanunsuz həbslər davam etməkdədir.

Kuba İnsan Haqları Komissiyası bazar ertəsiqeyd edib ki, siyasi məhbusların sayı ötən il 238-dən 205-ə düşüb. Lakinqrup bildirir ki, qisamüddətli qanunsuz saxlamalar artaraq 1500 olub.

Kuba siyasi məhbus saxlamasını inkar edir, opponentlərinə isə adanın siyasi sistemini dəyişmək üçünABŞ-la işləyən “muzdurlar” damğası vurur.

Ötən ilin fevralında ölkə eks-prezident Fidel Kastronun 30 ildən artıq hakimiyyəti dövründə əleyhinə olduğu BMT-nin İnsan Haqları üzrə iki sazişinə imza atıb.2008-in sonlarında Kuba həmçinin bildirib ki,bu ilin əvvəllərindən etibarən, o,BMT İnsan Haqları Şurasının yoxlamalırına açıq olacaq.

XS
SM
MD
LG