Accessibility links

Qəzzaya əlavə yardım göstəriləcək


Amerikanın Yaxın Şərq üzrə nümayəndəsi Corc Mitçell prezident Barak Obamanın İsrailin hücumlarının vurduğu ziyanların aradan qaldırılması üçün Qəzzaya əlavə yardım göstərilməsinə göstəriş verdiyini bildirib. Bu gün Qüdsdə olan cənab Mitçell deyib ki, prezident Obama tibbi ləvazımat və ərzaq yardımına 20 milyon dollar məbləğində vəsait ayırıb.

Amerikanın Yaxın Şərq üzrə nümayəndəsi humanitar yardımların çatdırılması üçün davamlı atəşkəsin qüvvədə saxlanmasının vacibliyini vurğulayıb. ABŞ prezidenti Barak Obamanın təyin etdiyi Yaxın Şərq üzrə xüsusi nümayəndə Corc Mitçell Obama administrasiyasının regiona davamlı sülh gətirmək öhdəliyinə sadiq qaldığını bildirib.

XS
SM
MD
LG