Accessibility links

Barak Obama: 'Qəzzada davamlı sülhün əldə edilməsi vaxtı çatıb'


ABŞ prezidenti Barak Obama İsrail və fələstinlilər arasında davamlı sülhün əldə edilməsi vaxtının çatdığını deyib. O, bu prosesdə bütün tərəflərin iştirakını vacib hesab etdiyini bildirib. Dubayda yerləşən “Əl-Ərəbiyyə” tele-kanalına müsahibə verən ABŞ dövlət başçısıhər iki tərəfin özləri üçün ən yaxşı yolu seçməli olduğunu deyib. President bildirib ki, İsrail və fələstinlilər hazırkı durumun xalqlarının rifahı və təhlükəsizliyinə xidmət etmidiyini başa düşməlidir. Müsəlman dünyası ilə birbaşa ilk müsahibəsində Barak Obama Yaxın Şərqi Suriya, İran, Livan, Əfqanıstan və Pakistansız təsəvvür etmək mümkün olmadığını, bu ölkələrin biri-biri iləbağlı olduğunu deyib.

XS
SM
MD
LG