NATO yaxın zamanlarda tezliklə Rusiya ilə yüksək səviyyəli
əlaqələrini bərpa edəcəyini bildirib. Alyansla əlaqələr 5 ay əvvəl Rusiyanın
Gürcüstana hərbi müdaxiləsi zamanı soyumuşdu. NATO sözçüsü Ceyms Appaturay
planı bu gün bəyan edib.Bundan bir
qədər sonra NATO rəhbəri Yaap De Hup Şeffer Əl-Cəzirə telekanalına bildirib ki,
o, fevralın 6-da Münxendə konfransda Rusiya baş nazirinin müavini Serqey
İvanovla görüşəcək. NATO bu bəyanatı Rusiyanın alyansda nümayəndəsi Dmitri
Roqozinin Brüsseldə alyansın 26 səfiri ilə qeyri-rəsmi görüşündən sonra verib. Rəsmilər
deyir ki, görüş zamanı habelə Rusiya vasitəsilə Əfqanıstana yeni təchizat yollarının inkişaf
etdirilməsi məsələsi də müzakirə olunub.