Hindistanın xarici işlər nazirinin sözlərinə görə, həkimlər
Manmohan Sinqin 8 saatlıq ürək əməliyyatından sonra səhhətinin yaxşılaşacağına
tam əmindir. Rəsmilər deyir ki, cənab Sinq hazırda stabil şərtlər altında Dehli
xəstəxanasındadır. Əməliyyat Hindistan may ayında parlament seçkilərinə
hazırlaşdığı vaxt keçirilib və onu kimin əvəzləyəcəyi barədə suallar qaldırıb.
Hökumət rəsmiləri deyir ki, kabinet bu məsələni həll etmək üçün Sinqin müalicə dövründə iclas
keçirəcək. Həkimlər 76 yaşlı baş nazir sinəsində ağrılar hiss edəndən sonra
əməliyyata ehtiyac olduğunu bildiriblər. Cənab Sinqin ürəyində əvvəldən
problemlər olub və o, 1990-ci ildə oxşar əməliyyat keçirib.