Accessibility links

Xarici liderlər Quantanamo məhbəsinin bağlanması qərarını alqışlayır


Pakistan ABŞ prezidenti Barak Obamanın Quanatanamo körfəzindəki hərbi məhbəsi bir il ərzində bağlanması haqda sərəncamını dəstəklədiyini deyir. Xarici işlər nazirliyinin bəyanatında deyilir ki, mərkəzin bağlanması terrorizmlə mübarizənin moral aspektinə yardım göstərir. Washington Post qəzetinin hazırladığı siyahıda Quantanamoda 6 Pakistan vətəndaşının olduğu bildirilir. Bunların sırasında 2001-ci il Senyabrın 11-də ABŞ-a terror hücumları planlaşdırmaqda şübhəli bilinən şəxslər də var. Bu arada Malayziyanın baş naziri onun hökumətinin Quantanamoda saxlanılan iki Malyaziyalı ilə görüşmək istəyini açıqlayıb. Həbsxananın bağlanması qərarını alqışlayan Malayziya hökuməti dustaqların öz vətənlərində cəza çəkməsini istəyir.
XS
SM
MD
LG