Rusiya prezidenti Dmitri Medvedev
müdafiə və enerji məsələlərini müzakirə etmək üçün iki günlük rəsmi səfərlə
Özbəkistana gəlib. Cənab Medvedevi bu gün Səmərqənd aeroportunda Özbəkistan
prezidenti İslam Kərimov salamlayıb. Lakin
rəsmi danışıqların cənab Kərimovun vətəni Səmərqənddə deyil, Daşkənddə
aparılacağı deyilir. Bu, Dmitri
Medvedevin keçən il Rusiyaya prezident seçildikdən sonra Özbəkistana ilk
səfəridir. Qeyd edək ki, Rusiya
prezidentinin bu ölkəyə səfəri Ukrayna ilə qaz böhranından sonra baş verir. Özbəkistan prezidenti İslam Kərimov da
ölkəsindən Avropaya qaz ixracında maraqlı olduğunu bildirib.