İsrail
liderləri Həmasa qarşı 3 həftəlik hücumlarını dayandırıb-dayandırmamaq barədə
qərar verməyə hazırlaşdığı bir vaxt ölkə Qəzza Zolağına yeni hücumlara
başlayıb. İsrailin Təhlükəsizlik Kabineti bu gün birtərəfli atəşkəs üçün səsvermə
keçirməyi planlaşdırır. Həmas tələbləri təmin edilməyənədək mübarizəni davam
etdirəcəyini deyərək, İsrailin atəşkəs təşəbbüsunun rədd ediləcəyini bildirib. Bu
gün dövlət telekanalında müraciəti zamanı Misir prezidenti Hüsnü Mübarək
İsraili Qəzzada hərbi əməliyyatlarını təcili dayandırmağa və qoşunlarını
çıxarmağa çağırıb. Misir İsraillə Həmas arasında atəşkəs əldə olunmasına vasitəçilik
edir. İsrail deyir ki, bu gecə Həmasın 50-yə yaxın hədəfinə hücum edib. Bu
obyektlərə, raket buraxılan ərazilər və silah qaçaqmalçılığı tunelləri
daxildir.