Accessibility links

Avropa iqtisadi problemlərə daha kəsərli cavab verməlidir


Beynəlxalq Valyuta Fondunun icraçı direktoru xəbərdarlıq edib ki, Avropa dünya iqtisadiyyatının yaratdığı problemlərə daha sərt cavab verməlidir. Bu ilin gözlənildiyindən daha ağır olacağını dilə gətirən Dominik Straus Kanın sözlərinə görə, 2009-cu il üçün qlobal proqnozlar yaxşı deyil. O, dünya iqtisadiyyatının Beynəlxalq Valyuta Fondunun gözlədiyindən daha sürətlə gerilədiyini və bunun Mərkəzi və Şərqi Avropada ciddi təsirlərini göstərəcəyini deyib. Straus Kan deyib ki, Avropanın böhrana cavabı ABŞ səylərindən geri qalır. Onun sözlərinə görə, dünən Almaniya Kansleri Angela Merkelin bəyan etdiyi 67 milyard dollarlıq xilas paketi bir çox Şərqi və Mərkəzi Avropa ölkələrinə kömək etsə də, daha geniş miqyaslı tədbirlərə ehtiyac var.
XS
SM
MD
LG