Amerika mətbuatının verdiyi məlumata görə, Birləşmiş Ştatlar prezidenti Corc Buş İsrailin keçən il İranın əsas nüvə obyektini bombalamağa kömək haqda müracitəini rədd edib. “Nyu York Tayms” qəzetinin bu günkü nömrəsində adının açıqlanmadığı ABŞ və xarici rəsmilərə istinadən yazılıb ki, Vaşinqton bunun əvəzinə İsraili prezidentin İranın nüvə silahı proqramını pozmaq məqsədi daşıyan gizli proqrama icazə verdiyi haqda məlumatlandırıb. Qəzetin bildirdiyinə görə, İsrail hücum üçün xüsusi bunker bombaları və İranın əsas nüvə obyekti olan Natanza çatmaq üçün İraq üzərində uçuşlar təşkil edilməsinii istəyib. Rəsmilər bildirir ki, Ağ Ev imtina edib, bunun əvəzinə İsraillə kəfiyyat məlumatlarının bölüşdürülməsi səylərini gücləndirib və ABI-ın gizli əməliyyatları barədə İsrailə məlumat verib.