Accessibility links

Gələn həftə ABŞ və Meksika prezidentləri Vaşinqtonda görüş keçirəcək


Gələn həftə ABŞ və Meksika prezidentləri-Corc Buş və Filip Kalderon Vaşinqtonda görüş keçirib, narkotik maddə qaçaqmalçılığı və zorakılıqlar məsələrini müzakirə etməlidir. Ağ Evin bəyanatında Corc Buşun Meksika liderini çərşənbə axşamı günü Ağ Evdə qəbul edəcəyi bildirilir. Müzakirələr mütəşəkkil cinayətkarlıqla birgə mübarizə yollarına həsr ediləcək.

Tərəflər “Merida təşəbbüsləri” adlanan sərhəryanı bölgələrdə cinayətkarlıqla mübarizə proqramına xüsusi diqqət ayıracaq. Amerika Meksikanın narkotik maddə qaçaqmalçılığı ilə mübarizəsinə dəstək məqsədi ilə 465 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb.

XS
SM
MD
LG