Accessibility links

Türkiyədə Ergenekonla bağlı daha 30 nəfər həbs edilib


Türkiyə mətbuatının bildirdiyinə görə, hökuməti devirmək ittihamı ilə bağlı genişləşməkdə olan təhqiqat la bağlı daha 30 nəfər həbs edilib. Anadolu xəbər agentliyi bildirir ki, polis həbsləri bu gün bütün ölkədə keçirilən reyd zamanı aparıb. Həbs edilənlər arasında ehtiyatda olan yüksək səviyyəli ordu zabitləri, ehtiyatda olan polis rəisi və dünyəvi bir yazıçı var. Oktyabr ayında prokurorlar ultra-millətçi təşkilat olan Ergenekona dair təhqiqatla bağlı 86 nəfəri ittiham etmişlər. Onlar arasında sabiq ordu rəsmiləri, solçu siyasətçilər və jurnalistlər olub. İttihamçı tərəf onları sui-qəsdlər və bomba partlayışları həyata keçirməklə, Türkiyədə qarışıqlıq yaratmağa cəhddə günahlandırıblar. İddiaya görə, qarışıqlıq yaranandan sonra ordu irəli keçməli və iqtidarda olan islam-təmayüllü hökuməti devirməli idi.

XS
SM
MD
LG