Accessibility links

Avropa Nabukkonu yenidən gündəmə gətirir


Avropa ölkələri Rusiya ilə Ukrayna arasında qaz mübahisəsinə cavab axtararkən, bir yandan da birlik rəsmiləri Azərbaycanın iştirakı olduğu Nabukko layihəsini tez-tez yada salırlar.

Baxmayaraq ki, İttifaq nümayəndələri hesab edirlər ki, Moskvanın qiymət həmlələri «Nabucco» qaz kəmərinin də müəyyən dərəcədə söndürə bilib.

Hazırda Birliyə sədrlik edən Çexiyanın enerji məsələləri üzrə diplomatı Vaçlav Bartuska “Amerikanın səsi”nə deyib ki, Avropa yalnız bir təchizatçıdan asılı olmaq istəmir.

Amma diplomat onu da etiraf edir ki, hazırda ən mühüm məsələlərdən biri NABUKKO boru kəmərinin inşasını təmin edənə qədər, Rusiya ilə Uktaynanı yola gətirməkdir:

“Məncə, burda habelə deyilməlidir ki, indi biz bir çox bazar qüvvələrinin idarə etdiyi dünyada yaşayırıq. Vəziyyət belə gətirib ki, indi bütün ölkə və şirkətlər enerji mənbələrinin Avropa və başqa bazarlara çıxarılması üçün ən yaxşı yol və üsulları tapmalıdırlar. Və burada bildiyimiz kimi bir çox variantlar var. Amma hər ölkə öz maraqlarını üstün tutmalıdır. Məsələn, «Nabukko» ilə bağlı demək olar ki, onu həyata keçirmək üçün çatışmayan heç nə yoxdur, kəmər üçün lazımi miqdarpa pul tapmaq olar. Lakin əsas məsələ oradan göndəriləcək qazın qiymətlərini də Rusiyanın tarif həmlələri ilə uzlaşdırmaqdır”.

Bartuskanın dediyinə görə, Avropa maliyyə məsələsinə görə o qədər də, narahat deyil. Amma birlik yeni kapitallar yatırmazdan əvvəl bilməlidir ki, alternativ Nabukko kəməri tikilsə, oradan qazı neçəyə alacaq.

O ki qaldı, tikinti işlərinə, Avropa rəsmisinə görə, müvafiq beynəlxalq konsorsiuma rəhbərlik edən Avstriya şirkəti boru kəmərinin maliyyəsinin bir hissəni öz üzərinə götürür. Qalan payı isə tərəfdaş şirkətlər ödəyəcək. Həm də rəsmi bəyan edir ki, NABUKKO layihəsi Avropa ilə yanaşı, Azərbaycanın da eneri təhlükəsizliyi üçün artan önəm daşıyır.

Ekspert deyir ki, layihənin gerçəkləşməsi üçün lazım olan siyasi iradə hamıda var – həm kəmərin keçəcəyi ölkələrdə, həm də onu qazla təmin edəcək dövlətlərdə…

Amma Bartuska diqqəti habelə ona yönəldir ki, Azərbaycan kimi ölkələr qazlarını sabit müştərilərə satmaq qərarında geciksələr, bu, onun özü üçün itki olardı, belə ki, onsuz da Rusiya yanvarın 1-dən Ukraynaya qaz axınını dayandırdıqdan sonra bir sıra Avropa ölkələri qaz təchizatlarının azaltmağa qərar veriblər.

XS
SM
MD
LG