Qlobal
iqtisadi tənəzzül fonunda dünyanın ən iri iqtisadiyyatının zavodları son 3
onillikdə ilk dəfə olaraq daha az məhsul istehsal etməyə başlayıblar. Özəl araşdırma şirkəti aşkar edib ki,
ABŞ-da istehsalın səviyyəsi 1980-ci ildən bəri görünməmiş həddə enib. Bu rəqəmlər əksər iqtisadçıların
gözlədiyindən pisdir və başqa tədqiqatlar Çin və Hindistanda da oxşar
proseslərin cərəyan etdiyini göstərir.
Bu gün açıqlanan hesabatda deyirlir ki, Çin texnoloji tənəzzüllə
qarşılaşır. Asiyanın 3-cü ən iri
iqtisadiyyatına malik olan Hindistanda da zavodlar iş yerlərini ixtisara salır
ki, bu, artıq mərkəzi bankı sələm faizlərini endirməyə məcbur edib. Rəsmilər iqtisadiyyatı dirçəltmək üçün ikinci
stimul paketini ictimaiyyətə təqdim ediblər.
Bu arada neft qiyməltəri düşməkdə davam edir. Nyu York bazarlarında neftin barrelinin
qiyməti 41 dollara enib.