İllinoys qubernatoru Rod Blaqoyeviç Barak Obamanın Senatdakı yerinə keçmiş baş prokuror Roland Burrisin namizədliyini irəli sürüb. Mətbuat konfransında etdiyi çıxışı zamanı cənab Blaqoyeviç deyib ki, bir qubernator kimi bu seçimi etməyi o özünə borc bilir və İllinoysun Birləşmiş Ştatlar Senatında tam hüquqlu yeri var.
Afrika mənşəli amerikalı Roland Burris vaxtı ilə öz namizədliyini İllinoys ştatına qubernator vəzifəsinə vermişdi və məğlub olmuşdu. Qeyd edək ki, Blaqoyeviç bu ayın əvvəllərində korrupsiya və Senatda yerləri satması ittihamları ilə üzləşərək, həbs edilmişdi. Liakin qubernator bu ittihamları rədd edir. Bundan sonra nələrin baş verəcəyi məlum deyil. İllinoys ştatının dövlət katibinin bildirdiyinə görə, o, və Senat nümayəndələri Blaqoyeviçin təklif etdiyi heç bir namizədi qəbul etməyəcəklər.