Accessibility links

Amerikanın Türkmənistandakı səfirliyi yenidən açılıb


Amerikanın Türkmənistandakı səfirliyi bir həftəyə yaxın bağlı qaldıqdan sonra yenidən açılıb. Aşqabaddakı səfirlik dekabr ayının 23-də naməlum ağ tozla zərf aldıqdan sonra bağlanmışdı. Səfirliyin bəyanatında bidlirilir ki, Türkmənistanın ictimai səhiyyə rəsmiləri zərfdəki maddənin öldürücü olmadığını sübut ediblər. ABŞ Dövlət Departamenti əsasən Avropa olmaqla, 21 ölkədə ABŞ səfirliklərinin son bir neçə həftə ərzində ağ tozlu zərflər aldıqlarını bildirib. Federal Təhqiqat Bürosu testlərin tozun bioloji maddə olmadığını göstərdiyini bəyan edib.

XS
SM
MD
LG