Kosovo
parlamentinin spikeri Serbiyadan müharibə cinayətlərində ittiham olunan 10
albanın buraxılmasını tələb edir. Yakup
Krasniki həbsləri pisləyərək Serbiyanın bu addımını onun ölkəsini
qıcıqlandırmaq cəhdi kimi dəyərləndirib.
Serbiya polisi bu adamları Cümə günü albanların məskunlaşdığı cənubi
Presevo şəhərində axtarış apardıqdan sonra həbs edib. Serbiya rəsmiləri tutulanları Kosovo Azadlıq
Ordusunun üzvləri olmaqda və müharibə zamanı cinayətlər törətməkdə ittiham
edir. Serbiya daxili işlər naziri İviça
Daciç həbslərin təhlükəsizlik riski törətmədiyini önə çəkmiş, eyni zamanda
qisas aktlarının ola biləcəyini etiraf etmişdir.