Pakistanın
baş naziri deyir ki, onun ölkəsi Hindistanla “dost münasibətlər” saxlamaq
istəyir. Baş nazir Yusif Raza Gilani
dövlət televiziyasında bəyan edib ki, Pakistan birinci olaraq Hindistana zərbə
endirməyəcək. “Biz hərəkət etməyəcəyik,
biz yalnız reaksiya verəcəyik,” deyə o, bildirib. Cümə günü Pakistan minlərlə qoşunu
Hindistanla sərhəddə cəmləşdirib. Şahidlər deyir ki, onlar Pakistan səgrələrinin
Əfqanıstanla sərhəddə şərqə doğru hərəkət etdiyini görüblər. Rusiyanın xarici işlər nazirliyi bu gün hər
iki tərəfi təmkin nümayiş etdirməyə səsləyib.
ABŞ rəsmiləri də ölkələri gərginliyi artırmamağa çağırıb.