Iran polisi tərəfindən Nobel sülh mükafatı laureatı Şirin İbadinin rəhbərlik etdiyi İnsan Hüquqları Müdafiəsi Mərkəzi bağlanıb. Mərkəzin rəsmisi Nərgiz Məhəmmədinin bildirdiyinə görə, polis mərkəzə İnsan Hüquqları gününün 60-cı ildönümünə hazırlıq getdiyi vaxt reyd təşkil edib. İnsan Hüquqları Müdafiəsi Mərkəzi dekabr ayının 10-u İnsan Hüquqları gününü bir qədər geç qeyd etməli idi. Reydi həyata keçirən polis işçiləri heç bir izahat verməyib. 2003-cü ildə Nobel sülh mükafatına layiq görülən Şirin İbadi İranda qadın və uşaq hüquqlarının müdafiəçisidir.