Yüksək rütbəli Amerika komandirı deyib ki, ABŞ qüvvələri İraqın şəhərlərində fəaliyyətlərini iyun ayına qədər davam etdirəcəklər.
General Raymond Odierno bu gün deyib ki, hərbçilər mandatları bitdikdən sonra isə İraq şəhərlərində yerli təhlükəsizlik qüvvələrinə treninqlər və məsləhətlər vermək üçün qalacaqlar.
Amma o, Amerika qüvvələrinin bölgədən könkret hansı tarixdə ayrılacağı barədə heç nə deməyib.
Hələlik İraq qanunvericilərinin Odiernonun planlarına münasibəti məlum deyil.
Ötən ay İraq parlamenti ABŞ qüvvələrini İraqın şəhərlərini gələn ilin iyul ayının sonlarında tərk etməyə çağırmışdı.
Bu arada, ABŞ müdadiə naziri Robert Qeyts bu gün səhər İraqa gəlib. Onun komandirlərlə görüşləri nəzərdə tutulub.