Rusiyanın müxalifət liderləri qrupu şahmat üzrə sabiq dünya çempionu Harri Kasparovun başçılığı altında Həmrəylik adlı yeni siyasi hərəkat yaradıblar.
Bu gün Moskvada 100-dən artıq nümayəndənin iştirakı ilə keçirilən
konfransa Kasparov deyib ki, o, Rusiyanın demokratikləşməsi naminə məqsədi baş
nazir Vladimir Putin hökümətini devirmək olan yeni hərəkat haqqında “olduqca
nikbindir”.
Yeni qrupa baş nazirin sabiq müavini Boris Nemtsov da daxil olmaqla hökümət tənqidçiləri də cəlb olunub.
Rusiyanın İtar-Tass dövlət agentliyi isə yeni yaranmış hərəkatı “radikal liberallar” kimi təqdim edib.