Accessibility links

ABŞ-da işsizlik səviyyəsi 26 ildə ən yüksək səviyyəyə çatıb


Dərinləşməkdə olan tənəzzül Amerika şirkətlərini işçi qüvvəsini azaltmağa vadar edərək, ölkədə işsizlik səviyyəsini 26 ildə ən yüksək səviyyəyə çatmasına səbəb olub. ABŞ-ın Əmək nazirliyi bu gün bildiirb ki, işsizliyə görə müavinət almaq üçün verilmiş ərizələrin sayı dekabrın 6-a qədər 573 minə çatıb. Bu, 1982-ci ilin noyabrından bəri ən yüksək rəqəmdir.

Əmək nazirliyini rəsmilərinin bildirdiyinə görə, işsizliyə görə müavinətlər alan fəhlələrin də sayı artaraq son 26 ildə ən yükək səviyyəyə, 4.3 milyona çatıb. Bu rəqəmlər ABŞ qanunvericilərinin böhran keçirən avtomobilqayırma sənayesinə yardım üçün xilas planını səsverməyə qoyduğu zaman açıqlanır. Plan Konqresin Nümayəndələr palatasında dünən gecə təsdiq edilib. Onu Senatda həftə sonu səsverməyə çıxarılacağı gözlənilir.

XS
SM
MD
LG