Accessibility links

Iran deyir ki, Barak Obama köhnə siyasətdən əl çəkməlidir


Iran deyir ki, Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Barak Obama Tehranın nüvə proqramına münasibətdə necə deyərlər, “həm yağlayır, həm dağlayır” siyasətindən əl çəkməlidir. İranın xarici işlər nazirliyinin sözçüsü Həsən Qaşqari bu gün bildirib ki, Obamanın Tehranı nüvə siyasətinə korrektə etməyə çağırmasına baxayaraq, ölkəsi heç vaxt uranın zənginləşdirilməsi planlarından əl çəkməyəcək.

Şənbə günü NBC telekanalına müsahibəsində cənab Obama demişdi ki, o, İranın nüvə proqramını dayandırmaq üçün bu ölkəyə iqtisadi həvəsləndirici təkliflər verməyə hazırdır. Amma yeni seçilmiş prezident habelə xəbərdarlıq edib ki, Tehran bu təklifləri rədd etsə, beynəlxalq ictimaiyyət ona qarşı sanksiyalar tətbiq edəcək. Barak Obama habelə vurğulayıb ki, o, İranla birbaşa danışırlara hazırdır.



XS
SM
MD
LG