Bu gün başlayan Həcc ziyarətində 2.5 milyon müsəlman iştirak edir. Məkkə şəhərindən bu gün ziyarətçilər Mina vadisindəki çadır şəhərciyinə yola düşür. Sabah Məhəmməd peyğəmbərin son xütbəsini oxuduğu Ərafat dağına gediləcək. Səuudiyyə Ərəbistanı ziyarətin təhlükəziliyinin təminat altına alınması məqsədi ilə 100000 təhlükəsizlik işçisini səfərbər edib. Vertolyotlar, zirehli və təcili yardım, habelə yanğınsöndürən maşınlar təhlükəzilik əməliyyatlarına cəlb edilib. Səudiyyə Ərəbistanı ikimərtəbəli piyada körpüsünnün inşasına bir milyard dollar məbləğində vəsait sərf edib. Bunun məqsədi keçən ziyarətlər zamanı baş verən basırıq hallarının aradan qaldırılmasıdır.