General Motors, Ford və Kraysler son 26 ildə ən aşağı satış göstəricilərinin qeydə alındığını bildirir. Böyük üçlük hökumətin yardımı olmadan fevral ayında iflasa uğrayacağı barədə xəbərdarlıq verib. Bu gün ABŞ Senatı qarşısında ifadə verən üçlüyün rəhbərləri hökumətin 34 milyardlıq yardım paketinin sərf ediləcəyi sahələrə dair ifadə verir. Senatın əksəriyyət lideri Harri Reyd bildirib ki, tələbin təsdiqi üçün Senatda kifayət qədər səs verilməyəcək. Bu avtomobil şirkətləri qlobal tənəzzüllün təsirinə məruz qalan bizneslərin yenidən qurulması planlarını tədim edirlər. Şirkətlərin böyük miqdarda qaz işlədən maşınlarına tələbat azaldığı üçün indi onlar ətraf mühitə ziyanı olamyan hibrit və elektrik avtomobillərin istehsalına diqqət yetirəcəklərinə vəd verirlər. Böyük üçlük iş yerlərinin ixtisar ediləcəyi, yüksək maaşlar və bonusların aradan qaldırılacağını deyirlər.