Birləşmiş Ştatlar prezidenti seçilmiş Barak Obama Filadelfiya statında qubernatorlarla görüşdükdən sonra kabinetinə daha bir qubernatoru nomaniysa edib.Cənab Obama Çikaqoda təşkil edilən mətbuat konfransında Nyu Meksiko ştatının qubernatoru Bill Riçardsonun Ticarət naziri vəzifəsinə təyin etdiyi barədə açıqlama verib. Demokrat partiyasından prezidentliyə sabiq namizəd Bill Riçardson Birləşmiş Ştatların BMT-də səfiri və energetika naziri vəzifələrində işləyib. Obama hökumətində çalışacaq ilk ispanmənşəli şəxs olan Ricardson Ticarət naziri kimi tənəzzüldə olan ABŞ iqtisadiyyatının dirçəlişi və beynəlxalq ticarət məsələlərinin həllinə yardım etməlidir.