ABŞ prezidenti Corc Buş son Şükran radio müraciəti zamanı baş komandan kimi Amerikanın azadlığı uğrunda mübarizə aparanlar üçün darıxacağını deyib. Prezident bildirib ki, Amerika azad və davamlı bir quruluş yaradanlara, yoxsul, xəstə və yaşlılara xidmət edənlərə daim minnətdardır. Corc Buş 8 illik hakimiyyəti dövründə ona xoş niyyət, mərhəmət və səxavət nümayiş etdirənlərə təşəkkürünü bildirib. ABŞ dövlət başçısı cəsur, qayğıkeş və ləyaqətli bir xalqı təmsil etmək kimi böyük bir şərəfə layiq görüldüyünü deyib. Prezident seçilən Barak Obama isə həftəlik radio müraciəti zamanı amerikalıları birliyə səsləyərək, ölkədə yeni bir bağlanğıca yardım göstərməyə çağırıb.