Accessibility links

Kəşmirdə seçkilərin ikinci turu keçirilir


Hindistan Kəşmirində təhlükəsizlik qüvvələri ştat seçkilərinin ikinci mərhələsini boykot edən etirazçılarla toqquşub. Polis bu gün Kurhama kəndinin seçki məntəqəsi önündə toplaşan etirazçıları dağıtmaq üçün dəyənəklərdən istifadə edib. Müsəlman separatçı liderlər insanları səs verməməyə çağırır. Onların fikrincə Hindistan bununla regionda nəzarətini gücləndirmək istəyir. Nümayişçilərin aylardır Hindistan hakimiyyətinə etiraz etməsindən sonra, minlərlə hərbçi iğtişaşın qarşısını almaq üçün gücləndirilmiş rejimə keçib. Hüquq mühafizə orqanlar bir neçə separatçı lideri həbs edib və dünən polis odlu silahdan atəş açaraq iki nümayişçini öldürüb. Seçkilər 7 mərhələdə keçirildiyindən rəsmilər hər ərazidə təhlükəsizlik təmin edə bilər. Son səsvermə günü isə dekabrın 24-ə təyin edilib.

XS
SM
MD
LG