Accessibility links

Obama iqtisadi komandasını açıqlayacaq


ABŞ-ın növbəti prezidenti Barak Obamanın keçid administrasiyanın rəsmiləri Bazar Ertəsi cənab Obamanın rəsmən özünün iqtisadi komandasını elan edəcəyini xəbər verir. Onlar deyir ki, növbəti prezident Timosi Geytneri maliyyə naziri, Lorenz Sammerzi isə Ağ Evdə Milli İqtisadiyat Şurasına rəhbər təyin edəcək. Klinton administrasiyası dönəmində maliyyə rəsmisi olmuş Geytner hazırda Nyu York Federal Ehtyatlar Fondunun prezidentidir. Onun maliiyyə naziri olacağı haqda xəbər yayıldıqdan az sonra səhm bazarlarında kəskin artım qeydə alınıb. Klintonun sabiq maliyyə naziri olmuş Sammerz isə cənab Obamaya Ağ Evdə müşavirlik edəcək.
XS
SM
MD
LG