Accessibility links

Avtomobilqayırma sənayesinin başçıları Konqresdən kömək istəyirlər


ABŞ-ın avtomobilqayırma sənayesinin icraedici direktorları bu gün Konqresdə keçirilən dinləmələrdə tənəzzüldə olan bu sənayenin dirçəlməsinə kömək istəyəcəklər. General Motors, Ford və Kraysler şirkətlərinin müdirləri, habelə avtomobilqayırma sənayesi işçilərinin həmkarlar ittfaqlarının başçısı ilə yanaşı Senatın komissiyasında dinləmələrdə ifadə verəcəklər.

Konqresdəki demokratlar iqtisadi xilas paketindən 25 milyard dolların avtomobilqayırma sənayesinə yardım üçün istifadə edilməsi planını dəstəkləyir. Lakin Buş administrasiyası bildirir ki, istehsalçılardan sənayedə yenidənqurma işləri aparmaq və rəqabətə davamlı olmaq üçün iş görmək tələb etmədən bu maliyyə onlara verilməməlidir. Buş administrasiyası avtomobilqayırma sənayesinə Energetika Nazirliyindən əvvəl təsdiq edilmiş borca müvafiq olaraq maliyyə verilməsini tövsiyə edir.

XS
SM
MD
LG