ABŞ-ın
növbəti Prezidenti Barak Obama Ağ Evə 3 yeni müşavir təyin edib. Cənab Obamanın keçid komandası Valeri
Carrett, Fil Şiliro və Ron Kleynin Ağ Evdə işləyəcəklərini açıqlayıb. Bu arada cənab Obamanın bir vaxtlar
prezidenlitk uğrunda Demokrat praymerizdə rəqibləri olmuş iki şəxsin dövlət
katibi vəzifəsinə namizədliklərini nəzərdən keçirdiyi bildirilir. Demokrat rəsmilər bu həftə Barak Obamanın Nyu
York Senatoru Hillari Klinton və Nyu Meksiko qubernatoru Bill Riçardsonla
görüşdüyünü xəbər verir.