İranın Qum şəhərinin Müfid Universitetinin tələbəsi, əslən İran
Azərbaycanın Miyana şəhərindən olan Hüseyn Səttarının təhlükəsizlik
orqanlarının əməkdaşları tərəfindən həbs olunması barədə məlumat yayılıb. Müxtəlif
mənbələrin bildirdiyinə görə, azərbaycanlı fəal H. Səttari həftənin birinci günündən bəri yoxa
çıxıb, daha sonra isə onun təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğu
ortaya çıxıb. Bu gün yayılan məlumata gorə, Hüseyn Səttarı artıq azadlığa
buraxılıb.
Hüseyn Səttarinin daha öncə bir neçə dəfə tutulduğu və milli hüquqlar uğrunda fəaliyyətlərinə görə, 1 il müddətinə təhsildən məhrum olunduğu bildirilir.
İran Azərbaycanının Kərəc şəhərində Yaşar Güneyli kimi tanınan, Haşım Bərzgər adlı daha bir azərbaycanlı fəal yoxa çıxıb. Onun noyabrın 10-dan bəri görülmədiyi və böyük ehtimalla İran Ettelaatının əməkdaşları tərəfindən həbs olunduğu söylənilir. Haşım Bərzgərin yoxa çıxmasından 2 gün öncə Tehranda təhlükəsizlik əməkdaşları olduğu güman edilən naməlum şəxslər tərəfindən vəhşicəsinə döyüldüyü bəyan edilir.
Bundan başqa qeyri-rəsmi mənbələr İbrahim Nuri adlı azərbaycanlı yeniyetmənin Əhər Şəhəri İslam İnqilabı Məhkəməsinə çağrıldığını bildirirlər. Bir il öncə, o, öz ana dilində təhsil almaq istəyini açıq şəkildə bəyan etdiyinə görə təhsil aldığı orta məktəbdən qovulmuşdu. Daha sonra isə təhlükəsizlik orqanları tərəfindən həbs olunan yeniyetməyə həbsxanada ağır təzyiqlər göstərilmişdir.
Yerli mənbələrin və İnsan haqlarını müdafiə təşkilatlarının bildirdiyinə görə, Fars dilinin yeganə dövlət dili olaraq tanındığı İranda, öz ana dilində təhsil haqqının təmin olunmasını istəyən azərbaycanlılar bu və ya digər şəkildə təzyiqlərə məruz qalırlar.