Accessibility links

Avropa əlavə enerji axtarır


Avropa İttifaqı Gürcüstan böhranının ardınca Rusiyadan asılılığını azaltmaq üçün dəyəri 12 milyard dollar olan Nabukko kəmərinin inşası üçün səylərini ikiqat artırmalıdır. Bu bəyanatı İttifaqın energetika üzrə komissarı Andris Piebalgs Avropa Komissiyasının rəsmi saytında dərc etdiyi məqaləsində verib.

Cənab Piebalgs hazırda Bakıdadır. Ondan əvvəl isə o, Türkiyədə olub və ölkə rəsmiləri ilə Nabukko layihəsini müzakirə edib. Onun səfəri bir neçə gün sonra Bakıda keçiriləcək 4-cü enerji sammitinun ərəfəsinə təsadüf edir. Bir sıra region və avropa ölkələri liderlərinin qatılacağı sammitdə Avropanın enerji asılılığının Nabukko layihəsi ilə azaldılması məsələsi müzakirə olunacaq.

Komissar bəyanatında xatırladır ki, Qafqazdakı son münaqişə Azərbaycan və Gürcüstandan keçərək Türkiyəyə getməli olan 3300 kilometrlik bu kəmər ideyasının gündəmdən çıxması barədə mülahizələrə səbəb olmuşdu.

Lakin Avropa İttifaqının energetika komissarı deyir ki, elə məhz son hadisələrə görə alternativ kəmər marşrutları indi son dərəcə mühimdir. "Biz Nabukko layihəsi qarşısındakı bütün siyasi maneələri aradan qaldırmaq üçün daha çox siyasi cəhdlərdə bulunmalıyıq”, - deyə o vurğulayıb.

Bir çox Qərb ekspertləri diqqəti ona yönəldirlər ki, Rusiyanın Qazprom şirkəti bir müddət əvvəl Azərbaycan qazının dünya qiymətlərinə alınması üçün Bakıya müraciət edib və səylərini iki alternativ boru kəməri layihəsinə - Şimal Axını və Cənub Axını layihələrinə yönəldib.

"The Finansial times” bugünkü baş məqalılırindən birində bu prosesləri şərh edərək qəzeti yazır ki, Qazprom artıq Almaniya, İtaliya və Avstriya ilə ikitərəfli müqavilələr bağlamaqla Avropanı parçalayıb və hətta artıq Nabukko layihəsinə qoşulmuş ölkələrə də özünün transmilli kəmərlər sisteminə bağlanmalarını təklif edib.

Lakin bütün bunlara baxmayaraq, Beynəlxalq Enerji Agentliyinin Avropa İttifaqının enerji siyasəti barədə ilk hesabatını hazırlayan Tanaka şirkəti bildirib ki, Rusiyanın Avropadan asılılığı daha böyükdür.

Belə ki, Avropa İttifaqı bütün Rusiya enerji ixracının 70 faizinə müştəridir. Agentliyin fikrincə, məhz buna görə də vahid Avropa enerji bazarına və vahid Avropa səsinə malik olmaq mühümdür.

Nabukko layihəsi üzrə altı əsas partnyorun və Avropa Komissiyasının son məqsədi Yaxın Şərq qazının da İraqdan keçərək Avropaya gətirilməsindir. Bununla belə heç də hamı Avropa İttifaqı energetika komissarının çağırışlarına optimist yanaşmır.

“Financial Times” qəzetinin energetika üzrə redaktoru Ed Kruks yazır ki, Avropanın Rusiyanın enerji asılılığından çıxmasına illər lazım gələ bilər. Qaz sənayesinin ekspertləri də Avropa İttifaqının Rusiya qazına ehtiyacında dəyişikliyin yaranacağına ümidsiz baxırlar.

Belə ki, yaxın 15-20 ildə Avropanın təbii qaza olan tələbağı ən azı 50% artacaq. Bu, yalnız enerji istehlakının artması ilə deyil, həm də elektrik stansiyaları üçün neft və daş kömür yanacağının qazla əvəz edilməsi ilə əlaqədardır.

Hazırda Avropa üç istiqamətdən qaz alır: Şimali Avropa, Rusiya və Şimali Afrika. Lakin artan tələbat nəzərə alınmaqla, avropalılar 4-cü dəhliz - Nabucco layihəsini açmaq istəyirlər ki, Xəzər və ola bilsin ki, Yaxın Şərq regionunda qaz idxal olunsun. Amma ekspertlərə görə, Avropanın qaza olan tələbatının həcmi o qədər böyük olacaq ki, Rusiya qazı, sadəcə olaraq, kifayət etməyəcək və əlavə mənbələr tələb olunacaq.

XS
SM
MD
LG