Misir
rəsmiləri gələn həftə üçün nəzərdə tutulmuş Fələstin fraksiyaları arasındakı
sülh danışıqlarını təxirə salıblar.
Rəsmilər Misirin sponsorluq etdiyi danışıqların nə vaxt keçiriləcəyini
bildirməyiblər. Bu gün erkən Hamas liderləri
rəqib Fatahla danışıqları baykot edəcəklərini bildirmişdilər. Nümayəndələr bildirir ki, Fələstin Prezidenti
və Fatah lideri Mahmud Abbas Fatahın nəzarətində olan Qərb Sahilində Hamas
üzvlərini təqib etməkdə davam edir.