Birləşmiş Ştatlar prezident seçkilərini böyük maraqla izləyən dünya ölkələrində Barak Obamanın qələbəsi hərarətlə qarşılanıb. Avropa ölkələrinin liderləri Barak Obamaya təbriklərini və əməkdaşlıqda yeni dövrün başlanacağına ümidlərini ifadə ediblər.
Barak Obamanın tarixi qələbəsi dünya ölkələrində xəbər başlıqlarının və bütün xəbər proqramlarının əsas mövzusu olub.
Britaniyanın baş naziri Qordon Braun deyib ki, o, cənab Obama ilə işləməyə başlayacağını gözləyir.
Britaniya baş naziri birgə iş nəticəsində iki ölkəni bu çətin iqtiasdi vəziyyətdən çıxara biləcəklərinə ümidlərini bildirib. Fransa prezidenti Nikola Sarkozi Barak Obamanın prezident seçilməsinin Fransa, Avropada və dünyanın digər hissəslərində ümidlərin artmasına səbəb olub.Almaniya kansleri Angela Merkel bildirib ki, Obama administrasiyası dövründə ABŞ və Avropa arasında daha yaxın əməkdaşlıq münasibtlərinin olacağını gözləyir. Avropa Birliyinin Xarici Siyasət idarəsinin rəhbəri Xavyer Solana da xəbərləri və Obamanın dəyişiklik yaratmaq istəyini alqışlayıb. Onun sözlərinə görə, bu gün dünyaya dəyişiklik lazımdır. “Bir sıra problemlər var və mən ümid edirəm ki, birlikdə biz onları həll edə bilərik”-deyə o bildirib.
Avropada Obamaya belə hərarətli münasibət təsadüfi deyil. Ekspertlərin fikrincə, avropalılar başa düşürlər ki, Amerika prezidenti öz ölkəsinin maraqlarından çıxış edərək qərarlar verəcək, lakin onlar inanır ki, Barak Obama dünaya başqalarına da qulaq asacaq.
Rəsmi Moskva dərhal reaksiya verməyib. Prezident Dmitri Medvedev xalq müraciət çıxışında ABŞ prezident seçkilərinə birbaşa toxunmayıb.
O deyib ki, Rusiya Amerika əleyhdarı deyil və ümid edir ki, ABŞ-ın yeni administrasiyas iki ölkə arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi kimi seçim edəcək.
Keniyada insanlar Barak Obamaya dəstək bildirib onun seçilməsinə dua ediblər. Obama təkcə ilk Afikra mənşəli Amerika prezidenti seçildiyinə görə deyil, atası keniyalı olduğu üçün bu ölkədə olduqca populyardır.
Yaponiyanın ABŞ prezident seçilən Barak Obamanın adını daşıyan eyniadlı Obama şəhərinin sakinləri də ona dəsəktlərini nümayiş etdiriblər.
Barak Obamanın prezident seçilməsi ərəb dünyasında böyük ruh yüksəkliyi ilə qarşılanıb. Prezident Buşun ərəb dünyasına münasibətdə siyasətini tez-tez tənqid edən Əl-Cəzirə televiyasında cənab Obamanın qələbəsi böyük sevinclə qarşılanıb. Bir çoxları seçkinin nəticələrini “ərəb dünyası üçün müsbət” kimi qiymətləndirib.
Dünyanın bir çox ölkələrində prezident seçilmiş Barak Obamanın ümid messajı əks-səda tapmışdır.