Accessibility links

ABŞ hərbi qüvvələrinin Əfqanıstanda reydi zamanı 19 yaraqlı öldürülüb


Əfqanıstandakı Amerika hərbçiləri bildirirlər ki, Xost və Kunar vilaytində Əl-Qaida komandiri və taliban yaraqlılarına qarşı həyata keçirilən reydlər nəticəsində azı 19 yaraqlı öldürülüb. Onların arasında bir yaraqlı qadın da var. Cümə günü keçirilən reyd zamanı talibanın bomba istehsal edən şəbəkəsi və Əfqanıstana əcnəbi yaraqlılar və silah gətirilməsindən şübhəli bilinən Əl-Qaida liderinin mövqeyi hədəf alınmışdır.

ABŞ Müdafiə Naziri Robert Geyts Əfqan ordusunu n təcili olaraq möhkəmləndirilməsinə çağıraraq deyib ki, Əfqanıstandakı münaqişə Amerikanın müharibəsi ola bilməz. O bildirib ki, bu münaqişə əfqanların öz ölkəsinə görə apardığı müharibədir və Birləşmiş Ştatlar onlara kömək edir. O həmçinin deyib ki, NATO-nun Əfqanıstana daha çox hərbi qüvvə göndərəcəyini gözləmir.

XS
SM
MD
LG