Accessibility links

Ehud Olmert İsraillə Suriya arasında sülh danışıqlarının davam etməsini istəyir


İsrail rəsmilərinin bildirdiyinə görə, müvəqqəti baş nazir vəzifəsini yerinə yetirən Ehud Olmert İsraillə Suriya arasında birbaşa danışıqların davam etməsini istəyir. Türkiyənin vasitəçiliyi ilə keçirilən danışıqlar İsrail hökumətində siyasi dəyişikliklər baş verdiyi üçün keçən ay dayandırılmışdı.

İsraildə keçirilən seçkilər zamanı Kadima partiyasına Tzipi Livni yeni lider seçildi. Partiyanın sabiq lideri Ehud Olmert isə korrupsiya ittihamları ilə əlaqədar aparılan təhqiqatlar səbəbindən partiya liderliyindən istefa verməli oldu. Lakin cənab Olmert ona qarşı irəli sürülən ittihamları danır.

Xatırladaq ki, Türkiyənijn vasitəçili ilə İsraillə Suriya arasında sülh danışıqlarında diqqət İsrailin 1967-ci ildə zəbt etdiyi Suriyanın Qolan Yüksəklikləri məsələsidir.

XS
SM
MD
LG