Iranda məşhur azərbaycanlı fəal Abbas Lisani oktyabrın 29-da həbsdən azad
edilib. O, 2006-cı ildə azərbaycanlıların Babək
qalasına yürüşünün və müxtəlif mitinqlərinin təşkilində günahlandırılırdı. Ərdəbil
məhkəməsi Lisanini İran Milli təhlükəsizliyinə zərbə vurmaqda ittiham edərək,
ona 30 ay iş kəsmişdi. O,
bir ay tez azad edilib. Bu il martın 4-də isə Lisani Ərdəbil həbsxanasından Yəzd
həbsxanasına köçürülmüşdü. Müstəqil mənbələr 41 yaşlı A.Lisaninin həbsdə olduğu
dövrdə müxtəlif xəstəliklərə düçar olduğunu xəbər verirlər.