ABŞ
qüvvələrinin İraqdakı komandiri deyir ki, Birləşmiş Ştatlar İraqın şimalında
qərar tutan Kürd qiyamçılarına qarşı mübarizə aparmaq üçün Ankara və Bağdadla
əməkdaşlıq edəcək. Cümə günü Türkiyədə
aparılan danışıqlarda General Rey Odierno məsələ ilə bağlı öhdəlik
götürüb. General Odierno ABŞ
qüvvələrinin Kürd qiyamçılarına qarşı döyüşən Türkiyə hərbi qüvvələrinə
yardımını General Hasan İqsızla müzakirə edib.
ABŞ ordusunun generalı kəşfiyyat məlumatlarını paylaşacağını
bildirib. Türk qüvvələri Türkiyə və
Şimali İraqda PKK hədəflərinə günəlik hava zərbələri endirir.