ABŞ
prezidentliyinə demokrat namizəd
Barak Obama bu gün 85 yaşlı xəstə nənəsi
Madelin Dunhama baş çəkmək üçün vətəni Havaya gedib. Televiziya ilə
nümayiş etdiirlən müsahibəsi zamanı Obama 1995-ci ildə vəfat edən anası ilə
onun ölümündən əvvəl görüşə bilmədiyini və bir daha belə bir səhvə yol vermək
istəmədiyini deyib. Sabah demokrat namizəd kampaniyasını Nevada ştatında davam
etdirəcək. Dünən İndiana ştatında tərəfdarları qarşısında çıxış edən Obama
respublikaçı rəqibi Con Makkeyni korporasiya vergilərinin ixtisarı planına görə
tənqid etmişdi. ABŞ prezidentliyinə demokrat və respublikaçı
namizəd Barak Obama və Con Makkeyn seciçiləri onlara səs verməyə qane etdikləri vaxt keçirilən
rəy sorğularının nəticələrinə görə, Obama Makkeyndən irəlidədir. Seçkilərə 11
gün qalmış Real Clear Politics.com-un
keçirdiyi sorğulara görə, Obama 2004-cü ildə prezident Buşun qələbəsini təmin
edən Ohayo və Kolorado ştatlarında Makkeyndən öndədir.