Accessibility links

Birmada bomba partlayıb


Birma rəsmiləri deyir ki, ölkənin əsas şəhəri olan Ranqunda bomba parlayıb. İkinci bomba isə aşkar olunaraq zərərsizləşdirilib. Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, Ranqunda bir idman sahəsində baş verən partlayış nəticəsində ölən və yaralanan olmayıb. Qeyd edək ki, sentyabrın 25-də hakim hərbi hökumətin demokratiya tərəfdarlarına qarşı zorakılıqlarından bir il sonra baş verən bomba partlayışı nəticəsində 6 nəfər yaralanmışdı. Hüquq-mühafizə orqanları deyir ki, kiçik həcmli bomba Ranqun Bələdiyyə binasının qarşısında partlayıb. Bu ərazi keçən il Buddist rahiblərin etirazlarına sənhə olub. BMT-nin bildirdiyinə görə, zorakılıqlar nəticəsində azı 31 nəfər həlak olub, minlərlə insansa həbs edilib.

XS
SM
MD
LG