Rusiya
xəbər
agentlikləri bildirir ki, İnquşetiya vilayətində hərbi konvoya hücum zamanı 2
rus əsgəri həlak olub, 5 nəfər isə yaralanıb. Rusiya Daxili İşlər Nazirliyinin
açıqladığı bəyanatda deyilir ki, əsgərlər regionun paytaxtı Nazrandan 25
kilometr aralıdakı bazaya köçürülən zaman Sunja regionunda onlarla yaraqlı
onlara hücum edib. İslamçı militantların basqını vilayətində stabilliyi pozur. İnquşetiya Çeçenistanın
qərb sərhədində yerəşir. Bu ərazi 2 separatçı müharibənin baş verdiyi yerdir.