İran
Parlamentinin üzvləri Azərbaycanın qərbində Urmiya və Təbriz şəhərləri arasında
yerləşən və dünyanın nadir göllərindən olan Urmiya gölünün quruma
təhlükəsi ilə bağlı İran prezidenti
Mahmud Əhmədinəjada müraciət ediblər.
Bu xəbəri “İrna” Dövlət Xəbər Agentliyi Urmiya şəhərinin İran Şura
Məclisindəki millət vəkili cənab Salman
Zakirə istinadən yayıb.
Urmiyalı
millət vəkilinin dediyinə görə,
böhranın qarşısının alınmasını istəyən bu müraciətə 221 deputat imza
atıb. Müraciət müəllifləri, Urmiya gölünün qurumasına səbəb olan amillərin
aradan qaldırılasını, eləcə də gölün qorunması layihələrinə maliyə vəsaiti
ayırılmasını tələb ediblər.
Cənab
Zakirin bildirdiyinə görə, Urmiya gölündə axan suların həcmi ildə 1.5 milyard
kub olduğu halda, bu göldə suyun buxarlanma həcmi 5.5 milyard kuba çatıb. Bu isə Urmiya gölünün get-gedə
kiçilməsinə, gölün sahilindəki ərazilərin məhvinə və quru çöllərin
genişlənməsinə gətirib çəxarır.
Millət
vəkili həm də xəbərdarlıq edib ki, tez
bir zamanda problem öz həllinin
tapmazsa 8 ilədək gölün cənub hissəsi tamamilə quruya bilər. Bu isə qorxunc
çevrə- ətraf mühit faciəsi ilə nəticələnə bilər.
Urmiya gölü şorluğuna görə
İsraildəki Ölü dənizdən sonra ikinci sayılır. Son illərdə bu gölə tökülən
çayların istiqamətinin dəyişdirilməsi nəticəsində bu gölün quruması təhlükəsi
yaranıb.